Rusiya prezidenti Vladimir Putin Duma seçkilərində səs vermək üçün seçki məntəqəsinə gəlib.
Strateq.az bildirir ki, Putin qeydiyyatda olduğu Lenin prospektində yerləşən Rusiya Elmlər Akademiyasının binasındakı seçki məntəqəsində səs verib.
O, seçki məntəqəsinin üzvləri ilə görüşüb, pasportunu təqdim edib və bülleten alıb.
Səs verdikdən sonra jurnalistlər Putindən bu gün nə edəcəyini soruşublar. “İşə gedəcəyəm”,-deyə prezident cavab verib. KİV əməkdaşları Putunun kimə səs verdiyini soruşublar. “Mənim səs verəcəyim şəxslər var. Bəyəm siz bunu bilmirisiniz?”, deyə maraqlı cavab verib.
.