XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

19 Sentyabr 2016 - 16:57

BMT-nin xüsusi nümayəndəsi həbsxanadaİlqar Məmmədovla görüşdü

forst

BMT-nin insan haqları üzrə xüsusi nümayəndəsi Mişel Forst sentyabrın 19-da REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla görüşüb.

Bunu Azadlıq Radiosuna REAL Hərəkatının icra katibi Natiq Cəfərli deyib. «Belə bir görüşün olacağını bilirdik və bu görüş 2 saylı Cəzaçəkmə Müəssisəsində bu gün reallaşıb».

N.Cəfərli qeyd edib ki, görüşün təfərrüatı barədə geniş bilgiyə malik deyillər. Mişel Forstun Azərbaycana səfəri sentyabrın 14-də başlayıb və sentyabrın 22-də mətbuat konfransı ilə yekunlaşacaq.

Müstəqil ekspert, BMT-nin İnsan Hüquqları Şurasının məsul nümayəndəsi Azərbaycanda, əvvəlcədən bildirildiyi kimi, vətəndaş cəmiyyətinin qarşılaşdığı problemlər haqqında ilkin mənbədən məlumat toplayır. Səfər Azərbaycan hökumətinin dəvəti ilə baş tutub. Səfər zamanı xüsusi məruzəçi habelə, rəsmi şəxslər, məhkəmə işçiləri və diplomatlarla görüşməlidir.

Mişel Forst səfərin yekunlarına dair məruzəni 2017-ci ilin martında İnsan Hüquqları Şurasında təqdim edəcək.