Həbsdə olan “Azadlıq” qəzetinin maliyyə direktoru, Xalq Cəbhəsi Partiyası sədrinin köməkçisi Faiq Əmirovun hüquqlarını müdafiə edən vəkil Aqil Layıcov sentyabrın 16-da Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə göndərib.
Bu barədə “Turan”a Layıcov özü bildirib. Onun sözlərinə görə, şikayətdə həbsin əsassız olması və təqsirsizlik prezumpsiyasının pozulması məsələləri qaldırılır.
Əmirov avqustun 20-də öz evinin həyətində saxlanılıb. İki gün sonra Nəsimi rayon məhkəməsi onu dini ədavət salmaq və dini ayinlərin qanunsuz icrası ittihamı ilə 3 ay müddətinə həbs edib.