XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2016 - 18:05

Yunanıstandan Türkiyəyə qarşı əcaib tələb –Türkiyənin nəzarətində olan adaya 2500 nəfərlik polis qüvvəsi cəlb olunsun

 

kipr

Yunanıstan Kipr böhranının həlli üçün BMT-yə qalmaqallı təkliflər paketi göndərib.

 8 səhifəlik paketdə Türkiyənin ada üzərindəki nəzarətinin tamamilə ləğv olunması, yerinə Avropa Birliyi (AB) ölkələrinin 2500 nəfərlik polis qüvvəsinin cəlb edilməsi nəzərdə tutulub.

Maraqlısı budur ki, həmin polis qüvvələrinin içində Türkiyənin olmaması tələb edilib.

Şimali Kipr Türk Respublikasının lideri Mustafa Akıncı Kipr Prezidenti Nikos Anastasiadislə birgə hazırlanan təkliflər paketini rədd edib. (Axar.az)