XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2016 - 00:17

“Şərq Tərəfdaşlığı” ölkələri üçün 37,3 milyon avro –Avropa İttifaqı vəsait ayırdı

Avropa-Ittifaqi-16-7

Avropa İttifaqı  "Şərq Tərəfdaşlığı" proqramı layihəsində iştirak edən  ölkələr üçün 37,3 milyon avro ayırıb.

 APA-nın Gürcüstan bürosunun məlumatına görə,  Aİ artıq bu məbləğdə olan büdcəni  təsdiq edib. Avropa İttifaqı  “Şərq Tərəfdaşlığı” ölkələrində gənclərin iş ilə təmin olunmasına aid olan “EU4Youth” layihəsinə 20 milyon avro ayırıb.

Aİ-nin ikinci layihəsi  olan "Şərq Tərəfdaşlığı" ölkələrində kiçik və orta biznesin inteqrasiyası” adlanan layihəyə 6 milyon avro ayırıb. Üçüncü layihə – Qara Dəniz və Xəzər regionunda dəniz təhlükəsizliyi və ətraf mühitin mühafizəsi layihəsinin həyata keçirilməsinə 4 milyon avro nəzərdə tutulub.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” layihəsində Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus iştirak edir.