XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

20 Sentyabr 2016 - 19:43

Niderlandda ermənilərə qarşı çıxış etdi, polisə verildi –Azərbaycan diasporunun rəhbərinə təzyiq

ilhan-hollandiya-diaspor

Niderland Krallığında (Hollandiya) ermənilərin şikayəti əsasında Azərbaycan diaspor rəhbərinə qarşı cinayət işi başlanıb.

Haqqında cinayət işi başlanan Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın bildirib ki, Haaqa polisindən ona məktub daxil olub və sentyabrın 30-da onu polis şöbəsinə dəvət ediblər.

Məktubda deyilir ki, onun bu il iyunun 13-də və 17-də milli zəmində qanunsuzluq etməsi ilə bağlı polisə şikayət olunub:

“Buna səbəb kimi Almelo şəhərində keçirilən aksiyada çıxışım zamanı səsləndirdiyim fikirlərdir. 2014-cü il iyunun 1-də keçirilən aksiyada “Qarabağ ermənilərə məzarı olacaq” ifadəm narazılıq yaradıb. Bu şikayətlərə görə Şərqi Niderland polisi mənimlə bağlı araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində məni ermənilərə qarşı şiddətə təşviq etdiyim əsas gətirilib. "Bu səbəbdən siz Cinayət Məcəlləsinin 137 d maddəsi ilə şübhəli şəxssiniz. Onun üçün sizi polis ofisinə ifadə verməyə dəvət edirəm" deyə məktubda polis rəisi bildirib. Məsuliyyətə cəlb edilmə ehtimalim böyükdür. Bu barədə qəti qərar veriləcək. Bildirilib ki, xərcini özüm ödəmək şərti ilə vəkil də apara bilərəm”.

İ. Aşkın bildirib ki, ermənilər onun Almelo şəhərində "qondarma erməni soyqırımı" ilə bağlı keçirilən mitinqdəki çıxışında irqi düşmənçiliyə yol verdiyini iddia edir: “Bu, sadəcə ermənilərin məni susdurmaq cəhdidir”.

APA