XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2016 - 05:24

Ərdoğandan qınaq:"Avropa İttifaqı vədinə əməl etmədi"

erdogan

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan BMT Baş Assambleyasının iclasında çıxışı zamanı  Avropa İttifaqını Ankara ilə miqrantlara dair əldə olunan sazişə əməl etməməkdə ittiham edib.

“Suriyada altı ildir müharibə davam edir, biz 2,7 mln. qaçqına sığınacaq vermişik, qapılarımızı bağlamırıq. Biz qaçqınların yerləşdirilməsinə 12,5 mlrd. dollar sərf etmişik, qeyri-hökumət fondlarından isə 25 mlrd. dollar ayrılıb. Dünya ictimaiyyətindən cəmi 525 mln. dollar, Aİ-dən isə 178 mln. dollar ayrılıb.  Təəssüflər olsun ki, Aİ vədinə əməl etmədi.  Biz onun üzərinə götürdüyü öhdəliklərini icra etməsini gözləyirik”, – deyə Ərdoğan qeyd edib.    

O, əlavə edib ki, Türkiyə Suriyadan və digər ölkələrdən gələn qaçqınları qəbul etməkdə davam edəcək.  (APA)