XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Sentyabr 2016 - 12:53

Səsvermə bülletenlərinin DSK-lara verilmə vaxtı başa çatır- Referendumla əlaqədar

Sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla əlaqədar səsvermə bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi üçün ayrılan vaxt bu gün başa çatır.

Azərtac xəbər verir ki, ümumxalq səsverməsi üzrə təsdiq edilən Təqvim Planına əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 5 gün qalanadək prosesi yekunlaşdırmalıdır.

Xatırladaq ki, referendumla əlaqədar 5 milyon 280 min 924 bülleten çap olunub.