“Əminəm ki, ölkələrimiz birgə səy göstərərk müttəfiqlik əlaqələrinin gələcək inkişafını təmin edəcək və regionun və dünyanın aktual məsələlərinin həllində konstruktiv əməkdaşlıq edəcəklər. Bu, iki qardaş xalqın köklü maraqlarına cavab verir”.
Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Ermənistanın müstəqillik günü ilə bağlı həmkarı Serj Sərksiyana göndərdiyi təbrik məktubunda yazıb.
Sərksiyana can sağlığı, Ermənistan vətəndaşalarına firavanlıq arzulayan Putin qeyd edib ki, Rusiya və Ermənistanın əlaqələrinin dərin tarixi kökləri var: “Bu gün bu əlaqələr strateji əməkdaşlıq ruhunda inkişaf edir”.