“Parlament seçkilərindən nəticələr çıxarmalıyıq. Daxili siyasətdə biz bütün siyasi qüvvələri, o cümlədən parlamentə keçməyən siyasi qüvvələri dinləməli və eşitməliyik”.
Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin hökumətin iclası zamanı Dumaya keçirilmiş seçkilərlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, iqtisadiyyatda və sosial siyasətdə effektivliyə istiqamətlənmiş, düşünülmüş və dayanıqlı dəyişikliklərin aparılması vacibdir: “Heç bir halda bütün dəyişiklik yükünü insanların çiyninə qoyulmasına yol vermək olmaz. Şok terpasiyası barədə ən xırda belə işarə vurulmasından qaçmaq lazımdır. Rus ailəsinin orta statistik vəziyyətini deyil, real səviyyəsini və gəlirlərini öyrənmək lazımdır”.
Putin xarici siyasətin istiqamətləri barədə də danışıb: “Xarici siyasətmizdə bütün tərəfdaşlarımızla əməkdaşlıq xəttinə söykənən xətti davam etdirəcəyik. Bu, hər hansı aqressivlik əlamət olmayan, lakin milli maraqlarımızı təmin etməyə və dövlətin müdaifə qabiliyyətini möhkəmləndirən siyasət aparacağıq”.
Rusiya prezidenti Dumaya keçirlən seçkilərdə hakim partiyanın qələbəsini “xalqın verdiyi avans” adlandırıb və bu etimadı doğrultmağın vacib olduğunu deyib. Putinin sözlərinə görə, iqtisadiyyatda və sosial müstəvidə böyük çətinliklər olmasına, vətəndaşların real gəlirlərinin aşağı düşdüyü bir zamanda hakim partiyanın seçkidə qalib gəlməsi sual yaradır: “Buna necə nail olunub?”,- deyə sual edən Putin əldə olunan uğurun səbəbini xalqın etimadında görüb: “Çətin şərtlər altında, böyük miqyasda qeyri-müəyyənliyin, risklərin höküm sürdüyü bir şəraitdə insanlar sabitliyi seçiblər. Onlar bizim ölkənin maraqları naminə fəaliyyət göstərəcəyimizə inanırlar”.
Putinin qeyd edib ki, səsvermənin nəticələri vətəndaşların Rusiyaya xaricdən edilən təzyiq cəhdlərinə, təhlükələrə, sanksiyalara, ölkədə vəziyyəti qarışdırmaq səyinə reaksiyasıdır.
X. SƏFƏRLİ