XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2016 - 17:26

ATƏT-in Minsk Qrupu NalbandyanlaQarabağı müzakirə edib

ATƏT-in Minsk Qrupunun həmsədrləri rusiyalı İqor Popov, amerikalı Ceyms Uorlik və fransalı Pyer Andryö, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kasprşik sentyabrın 20-də Nyu-Yorkda Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən Edvard Nalbandyanla görüşüblər.

Bu barədə Trend Ermənistan XİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Görüşdə Vyana və Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əldə edilmiş razılaşmaların icrasının zəruriliyi məsələsinə toxunulub.