XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 18:46

Avropa Parlamentinin deputatları bəyanat yaydı:“Prezident İlham Əliyevin tənqidini təqdir edirik”

ilham-avropa

Avropa Parlamenti nümayəndə heyətinin Azərbaycana səfərinin nəticələrinə dair bəyanat imzalanıb.

 Milli Məclisdən  verilən məlumata görə, bəyanatı Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədrləri Səyyad Kərim və Səməd Seyidov imzalayıblar.

 Bəyanatda bildirilir ki, Parlament Əməkdaşlıq Komitəsi 2012-ci ildən bəri görüşməyib:  “Bu səfərin öncəlikdə olan məqsədi Avropa Parlamenti ilə Milli Məclis arasında əlaqələrin hazırkı əsaslarını konstruktiv şəkildə gözdən keçirmək üçün gələcək dialoqun bərpa edilməsi və asanlaşdırılması və bunun Aİ-Azərbaycan münasibətlərində birbaşa əks etdirilməsi olub.

 Açıq dialoqun təmin edilməsi məqsədilə Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri cənab Oqtay Əsədov, xarici işlər nazirinin müavini cənab Mahmud Məmmədquliyev, iqtisadiyyat naziri Şahin Mustafayev ilə də görüşlər keçirilib.

 Parlament Əməkdaşlıq Komitəsi və bütün digər əlaqələr qarşılıqlı anlaşmanın olduğu sahələrin müəyyən edilməsinə, anlaşılmazlıqların meydana gəldiyi sahələrin təhlilinə imkan yaradıb və hər iki tərəfin bölüşdüyü ortaq baxışları formalaşmasını təmin edib.

 Parlament Əməkdaşlıq Komitəsi həmsədrləri Azərbaycan prezidenti İlham Əliyev tərəfindən fikirlərin aydın, tənqidi və konstruktiv şəkildə ortaya qoyulmasını təqdirlə qarşılayır. Prezidentin Avropa Parlamentinin 10 sentyabr 2015-ci ildə qəbul etdiyi 2015/2840(RSP) saylı Qətnaməsi və Milli Məclisin 14 sentyabr 2015-ci il tarixli Qərarı və bunların Avropa Parlamenti ilə Milli Məclis arasındakı münasibətlərə təsirləri bağlı dediklərini xüsusilə diqqətə alırlar. Avropa Parlamentinin nümayəndə heyəti artıq bir ildir Avropa Parlamenti ilə Milli Məclis arasında heç bir dialoqun olmamasından təəssüf hissi duyduğunu ifadə edir. Hər iki tərəf normal dialoqun bərpa edilməsi üçün addımların ən sürətli şəkildə atılacağına ümid edir.

 Həmsədrlər həmçinin Avropa Parlamenti ilə Milli Məclis arasında münasibətlərin qırılmasına gətirib çıxaracaq şəraitin gələcəkdə heç bir halda yaranmaması üçün gərəkli tədbirləri görməklə bağlı razılığa sadiq olduqlarını ifadə edir.

 Biz bu gün Azərbaycanın üzləşdiyi geosiyasi reallıqları və çağırışları, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çağırışı aydın şəkildə başa düşürük və qəti şəkildə ifadə etməkdən məmnunluq duyuruq ki, Avropa Parlamentinin 20 may 2010 və 23 oktyabr 2013-cü il tarixlərində qəbul olunmuş Qətnamələrində və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı Qətnamələrində də vurğulandığı kimi, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə dəstəkləyir.

 Həmsədrlər Avronest Parlament Assambleyasının Milli Məclisi təşkilata qaytarmaqla bağlı son cəhdlərini və öhdəliyini yüksək qiymətləndirir. Həmsədrlər Avronest Parlament Assambleyasını Milli Məclisin qarşılıqlı hörmət, bərabətlik və qarşılıqlı anlaşma əsasında təşkilata qayıtması üçün özünün prosedur qaydaları gözdən keçirməyə və gərəkli islahatları reallaşdırmağa çağırır. Həmsədrlər nəticəyə nail olmaq üçün bütün lazımlı köməkliyi göstərməyə hazırdır”.