XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2016 - 17:19

“Rusiyanın bu addımı birbaşa separatizmin dəstəklənməsidir” –BQP-dən etiraz

fazil-mustafa-11.jpg

Bu gün Partiya başqanı Fazil Mustafanın sədrliyi ilə BQP Siyasi Qurulunun növbəti iclası keçirilib.

Partiyadan Strateq.az-a verilən məlumata görə, iclasda partiyadaxili məsələlərə, eləcə də regionun və dünyanın gündəmini məşğul edən digər hadislərərə münasibət bildirilib.

Siyasi Qurulda sentyabrın sonunda nəzərdə tutulan dünyanın, o cümlədən postsovet məkanın separatçı liderlərinin Moskvada təşkil edilməsi nəzərdə tutulan toplantısına etiraz ifadə edilib.

Qeyd edilib ki, belə bir toplantıya ev sahibliyi edilməsi Azərbaycanla mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduqlarını hər fürsətdə dilə gətirən Rusiyanın bəyanları ilə üst-üstə düşmür:

“Heç bir beynəlxalq hüquq normasına uyğun olmayan anoloji formatlı tədbirlər Avropada təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə Helsinki müşavirəsinin yekun aktının prinsplərinə ziddiyyət təşkil etməklə bərabər, aşıq-aşkar separatizmi və radikal etnik millətçiliyi şirnikləndirmək, ona ideoloji-siyasi dəstək vermək məqsədi daşıyır, eləcə də geniş arealda, (həm də gələcəkdə Rusiyanın öz daxilndə) sabitliyin pozulması və dünyada formalaşmış beynəlxalq münasibətlər sistemininin zədələməsinə xidmət edir”.

İclasda, “müstəqilliyin” ildönümünü hərbi paradla qeyd edən, Qarabağ məsələsinin həllində hələ də himayədarlarına arxalanaraq Azərbaycana qarşı təhdid dili ilə danışmaqda davam edən Ermənistanın təcavükar siyasətinə diqqət yönəldilib:

“İstər ən müasir və dağıdıcı təsirə malik silahların nümayiş etdirildiyi parad, istərsə də, bu günlərdə işğal altındakı Ağdam ərazisində hərbi təlimlərin keçirilməsi Ermənistanın təxribatlardan əl çəkmədiyinin və münaqişə tərəflərinin Vyana və Sankt-Peterburqdakı razılaşmasının pozmaqda davam etdirdiyinin əyani sübutudur.

Son hadisələr, həm də Qarabağ məsələsinin nizamlanmasında “vasitəçi” rolunu oynayan şimal qonşumuzun Ermənistana himayəsinin davam etdirdiyinin növbəti nümayişidir".

Siyasi Quruda, ölkəmizin müvafiq strukturları tərəfindən yaranan situasiyanın düzgün təhlil edilməsinə, hərbi arsenalın modern silahlarla zənginləşdirilməsinə və Azərbaycan Silahlı Qüvvələrinin gücünün və qüdrətinin artırılmasına yönəlik müvafiq addımların atılacağna inam ifadə olunub.

İclasda həmçininn digər cari məsələlər müzakirə edilib.