Azərbaycanda referendumqabağı təşviqatın müddəti sabah – sentyabrın 25-i başa çatır.
Təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları apara bilər.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış – sentyabrın 3-də başlanmalı və səsvermənin başlanmasına 24 saat qalanadək – sentyabrın 25-i saat 8.00-da dayandırılmalıdır.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası üç təşviqat qrupunu qeydə alıb. Bunlar "Yeni Azərbaycan", "Bələdiyyə" və Vətəndaş Cəmiyyəti" təşviqat qruplarıdır. (Report)