XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2016 - 20:44

Referendumqabağı təşviqat sentyabrın25-i saat 8.00-da dayandırılacaq

Sabah ümumxalq səsverməsi ilə əlaqədar referendumqabağı təşviqatın son günüdür.

Azərtac xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınan təşviqat qrupları tərəfindən referendumqabağı təşviqatın aparılması prosesi səsvermə gününə 23 gün qalmış başlanır. Proses səsvermənin başlanmasına 24 saat qalanadək, yəni, sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.

Mərkəzi Seçki Komissiyası “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” təşviqat qruplarını qeydə alıb.

Referendumla bağlı şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer olmaqla, ümumilikdə 256 yer müəyyənləşdirilib.