XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

25 Sentyabr 2016 - 13:52

Referendumu 33 ölkədən117 müşahidəçi izləyəcək

Referenduma hazırlıq dövründə seçicilərin maariləndirilməsi işlərinə xüsusi önəm verilib. Referendum aktının müqayisəli variantı səsverməyə 45 gün qalmış bütün ölkə üzrə paylanılıb. Əminliklə deyə bilərik ki, sabah seçicilərin səsverməyə gedərək sərbəst səsvermələri üçün onlara təqdim olunan bu müqayisəli variant çox böyük önəm daşıyır.

Bu sözləri Mərkəz Seçki Komissiyasının sədri Məzahir Pənahov ümümxalq səsverməsi (referendum) ilə bağlı sentyabrın 25-də keçirdiyi mətbuat konfransında deyib.

Sədr qeyd edib ki, dairə seçki komissiyalarının üzvləri və seçki məntəqələrinin sədrləri üçün müxtəlif dövlət orqanları ilə birgə təlimlər, seminarlar keçirilib.

Diqqətə çatdırılıb ki, ölkə üzrə 5627 seçki məntəqəsi fəaliyyət göstərir. Bütün məntəqələr müşahidəçilər üçün açıqdır. Bundan başqa, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının səs vermələri üçün diplomatik nümayəndəliklərimizdə 38 seçki məntəqəsi yaradılıb.

Sabahkı səsverməni 117 beynəlxalq müşahidəçi izləyəcək. Onlar 33 ölkəni təmsil edirlər.