XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2016 - 15:04

Ermənistan Türkiyəyə hücuma hazırlıq görüb? –Politoloqdan türk nazirin sözlərinə reaksiya

elxan-sahinoglu-esas

"Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi deyib ki, əgər 15 iyulda hərbi çevriliş uğurla nəticələnsəydi, Türkiyə torpaqlarının bir hissəsi iki dövlətə – Ermənistana və Kürdistana veriləcəkdi. Mənim də çevrilişə cəhd günü jurnalistlərə verdiyim açıqlama bundan ibarət idi ki, çevrilişçilər istəklərinə nail olsaydılar, Türkiyədə Suriyadakına bənzər vətəndaş müharibəsi başlayacaqdı, ordu və cəmiyyət iki, üç, dörd hissəyə bölünəcəkdi. Allaha şükür bunlar olmadı".

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Türkiyəli nazirin sözlərində PKK ilə bağlı irəli sürülən ehtimalın real dəyərləndirilməsi mümkündür:

"Nazirin sözlərindəki Kürdüstan məsələsini anladım, PKK Türkiyənin şərqində fəaliyyətini genişləndirəcəkdi və qopma real çizgilər daşıyacaqdı".

Bəs, Ermənistan Türkiyədən necə torpaq qoparacaqdı?

Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın təkbaşına hətta “dağılmış” Türkiyədən torpaq qoparmaq təşəbbüslərinə girişməsi real deyil:

"Əksi olsaydı, Dağlıq Qarabağda da müharibə qaçılmaz olacaqdı. Biz Ermənistanın Türkiyə hesabına torpaqlarını genişləndirməsinə seyrçimi qalacaqdıq ki?

Ancaq bu anda da işə Rusiya qarışacaqdı. Yəni hər yer toz-duman olacaqdı. Rusiyanın da Türkiyənin qanuni hakimiyyətini gözardı edərək, Ermənistanın Türkiyədən torpaq qoparmaq təşəbbüsünə dəstək verəcəyini düşünmürəm. Putin Krımı işğal edə bilər, Qarsın işğalı onluq deyil.

Nihat Zeybəkçinin məntiqindən çıxış etsək, Ermənistana Türkiyədən torpaq qoparmaq işində dəstək verəcək dövlət Rusiya deyilsə, qalır – Amerika Birləşmiş Ştatları. Ancaq Vaşinqtonun da NATO dövlətini parçalayaraq Rusiyanın hərbi-strateji müttəfiqinə torpaq pay verməsi məntiqi görünmür".