XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

26 Sentyabr 2016 - 09:27

Referendum başlanıb:Seçici siyahılarında 5 milyon 260 min olan şəxsin adı var

referendum

Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) başlayıb.

  Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu münasibətlə keçirdiyi mətbuat konfransında saat 08:00-dan etibarən səsverməyə başlandığını elan edib. M. Pənahov bildirib ki, Azərbaycan seçicilərinin səsverməsi üçün bütün imkanlar yaradılıb və seçicilərin Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı bütün 29 hissə üzrə öz fikirlərini ifadə etmək imkanı olacaq: “Səsvermənin gedişi aşkar şəkildə təmin olunacaq. Gün ərzində 117 beynəlxalq müşahidəçi də daxil olmaqla 53 mindən artıq müşahidəçi seçki prosesini izləyəcək. Hamı əmin olsun ki, səsvermə tam şəffaf keçəcək”.

Referendum dövlət himninin səsləndirilməsi ilə start götürüb.

Vətəndaşlar 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verəcəklər.

Seçici siyahılarına əsasən, 5 milyon 260 mindən çox səsvermə hüququ olan şəxs var.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəz saat 10.00, 12.00, 15.00,  17.00 və 19.00-da referendum üzrə səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə məlumatları açıqlayacaq.

Bu gün Azərbaycanın xaricdəki 38 diplomatik təmsilçiliyində də səsvermə keçirilir.

Azərbaycanın ABŞ, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Kanada, Fransa, Gürcüstan, İran, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğız, Latviya, Litva, Moldova, İsveç, Niderland, Özbəkistan, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə. Ukrayna, Belçika və İtaliyadakı səfirliklərində, Aktau, Dubay, İstanbul, Los-Anceles, Peterburq, Təbriz, Yekaterinburq, Batumi və Alma-Atadakı konsulluqlarında seçki məntəqələri yaradılıb.