XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2016 - 10:49

Referendum:Saat 10:00-a qədər seçicilərin 12,9%-i səs verib

referendum

Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 10:00-a qədər 5 267 111 seçicidən 680 438 səs verib.

Qeyd olunan vaxta qədər seçici fəallığı 12,9 % təşkil edib.