XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2016 - 22:33

“Qarabağda müharibənin yenidən alovlanması mümkündür” –Erməni jurnalist

qarabag savasi

Ermənistana "İskəndər”lərin verilməsindən sonra Qarabağ məsələsinin tənzimlənməsi ətrafında vəziyyət yenidən kəskinləşib. 

Ermənistan hakimiyyəti bəyan edib ki, bu, Azərbaycanın son illərdəki silahlanmasına qarşı intiqamdır.

Azərbaycan isə Ermənistanı gərginliyin artırılmasında suçlayaraq, qabaqlayıcı tədbirlərin görülməsinin mümkünlüyünü bildirir.

Regionda yeni təhlükəli vəziyyəti virtualaz.org saytının müxbirinə "Armİnfo” informasiya agentliyinin baş direktoru Emmanuil Mkrtçyan şərh edib.

Onun fikrincə, silahlanma hələ heç kimə xeyir gətirməyib: "İskəndər”lərə gəlincə, bu, aprel döyüşlərində Azərbaycanın Rusiya və İsrail istehsalı son silah növlərindən istifadəsinə cavabdır.

Son illər ərzində Bakı silahlanmaya 5 milyard dollar xərcləyib. Sizcə, Ermənistan özünü müdafiə etməməlidir?”.

Sülhün əldə edilməsi Qarabağ xalqı üçün əsaslı və möhkəm zəmanətin mövcud olacağı təqdirdə mümkündür. Təhlükəsizliyi isə yalnız bunu təqdim edə biləcək böyük dövlətlər təmin edə bilər”.

"Müharibənin yenidən başlamasını real hesab edirsinizmi?” sualına isə erməni jurnalist "Təəssüf ki, bəli. Qarabağda müharibənin yenidən alovlanması mümkündür”cavabını verib.