XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

29 Sentyabr 2016 - 14:07

ATƏT-in Minsk Qrupu gəlir –Elmar Məmmədyarov

Minsk-qrupu-4

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcəklər.

 Bu barədə xarici işlər naziri Elmar Məmmədyariv bildirib: "Çox güman ki, səfər oktyabrın ikinci yarısında baş tutacaq. Səfərin tarixi dəqiqləşdirilir. Onlar həm Azərbaycan, həm də Ermənistana səfər edəcəklər", – deyə nazir qeyd edib.

 E. Məmmədyarov Nyu-Yorkda həmsədrlərlə ayrılıqda görüşdüklərini xatırladıb: "Həmsədrlər hesab edirlər ki, işimizi davam etdirməliyik. Təklif etdilər ki, gələn ay regiona gəlsinlər. Ola bilsin ki, regiona səfərdən sonra prezidentlərin görüşü ilə bağlı hansına təkliflər irəli sürəcəklər".

 Nazir Nyu-Yorkdan əvvəl Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdüyünü də diqqətə çatdırıb: "Prezidentlərin Sankt-Peterburq görüşündə də qeyd olunmuşdu ki, görüşlər keçirmək lazımdır ki, prosesi irəliyə aparaq".