XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

29 Sentyabr 2016 - 14:51

Qubad İbadoğludan büdcə layihəsinə şərh:“Ödənişli təshilin 20 faizə qədər bahalaşması planlaşdırılır”

qubad-ibadoqlu77

 

“2017-ci ildə böyük özəlləşdirmə gözlənilmir, ödənişli təshilin 20 faizə qədər bahalaşması planlaşdırılır”.

Strateq.az bildirir ki, bu sözləri tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu 2017-ci il üçün büdcə layihəsini şərh edərkən yazıb:

Layihəyə görə, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 15,9 milyard manat, xərcləri 16,6 mlrd. manat məbləğində təsdiq edilməsi proqnozlaşdırılır. Büdcə gəlirlərinin müqayisəli təhlili göstərir ki, növbəti il Azərbaycanda böyük özəlləşdirmə gözlənilmir. Çünki dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar da bu illə müqayisədə gələn il yalnız 1 milyon manat artım planlaşdırılıb”.

İqtisadçı bildirib ki, növbəti il Azərbaycan Respublikasının Dövlət Neft Fondundan büdcəyə transfert 1 milyard 515 milyon manat az, 6 milyard 100 milyon manat olacaq ki, bu da bütövlükdə büdcə gəlirlərinin 38,1 faizini təşkil edəcək. Gəlirlərin 62 faizinin və ya təxminən 10 milyard manata qədər olan hissəsinin formalaşması sahibkarlar və istehlakçıların üzərinə düşəcək: “Növbəti ildə əhəmiyyətli artımlardan biri də büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə müşahidə olunacaq. Bu mənbədən daxilolmalara 48 milyon manat artım proqnzlaşdıırlır. Bu isə o deməkdir ki, gələn il ödənişli təhsil 20 faizə qədər bahalaşacaq.