XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2016 - 02:05

İsa Qəmbər yenə prezidentliyə namizəd olacaq –Arif Hacılıdan açıqlama

isa-arif

"Müsavat Partiyası bundan sonra da öz qurumlarını möhkəmləndirəcək, media və ictimaiyyətlə işləyəcək, ölkənin aktual problemlərini müzakirə edəcək və əlbəttə, etirazçı elektoratın fəallaşması üçün kütləvi aksiyalar keçirəcək”.

Referendum sonrasi durumu Turan-a şərh edən Müsavat Partiyası başqanı Arif Hacılı belə deyib.

Onun qənaətincə, etirazçı elektoratın fəallaşması qaçılmazdır.

“Yaxın gələcəkdə dərin iqtisadi böhranın nəticələri güclənəcək. Bundan başqa, Azərbaycanı referendumdan sonra siyasi böhran da gözləyir, belə ki, hakimiyyətin siyasəti ölkənin yüksək eşelonlarında da gərginliyi artırır. Hakimiyyət üç il əvvəl olduğu qədər birrəng deyil. Mərkəzdənqaçma təmayülləri güclənir və yaxın gələcəkdə onların təzahürü daha da aydın görünəcək”, – deyə Hacılı bildirib.

O, hakimiyyətin referendumun islahatların dərinləşdirilməsi üçün hüquqi baza yaratdığı haqqında bəyanatı ilə razı deyil.

“Siyasi, hüquqi islahatlar hakimiyyət bölgüsündən başlamalıdır. Qanunverici hakimiyyətin onsuz da səlahiyyəti az idi, indi isə daha da azalıb və prezident parlamenti buraxa bilər. İcra hakimiyyətinin bütün səlahiyyətləri artıq prezidentə məxsusdur, amma indi onlar daha da çoxdur. Məhkəmə hakimiyyəti də icra hakimiyyətindən asılıdır. Buna görə referendumun islahatlar üçün hüquqi bazanı artırdığı haqqında bəyanat yalandır. Hakimiyyətin əsil niyyəti hakim rejimi gücləndirməkdir”, – deyə Hacılı bildirib.

Vaxtından əvvəl prezident seçkiləri elan edildiyi təqdirdə Müsavatın mövqeyinin necə olacağı barədə suala cavabda Hacılı deyib ki, partiya seçkilərdə iştirakın tərəfdarıdır, çünki hazırki reallıqlar şəraitində müxalifətin səmərəli boykot üçün resursu yoxdur. Amma hər şey hakimiyyətin davranışından da asılı olacaq.

Arif Hacılı prezidentliyə namizədinin keçmiş başqan İsa Qəmbərin olacağını da ifadə edib.