XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2016 - 17:52

93 yaşında dünyadan cavan getmiş əfsanəvi Şimon Peres –Siyasi portret

peres

Mariya Lisitskaya

politrussia.com, 29.09.2016


Şimon Peres daha yoxdur. İsrailin karyerası 70 ildən çox davam edən ən qocaman dövlət xadimi. Ölkənin doqquzuncu və on ikinci baş naziri. İsrailin 12 hökumətində müxtəlif idarələrdə nazir postunu tutub, 2007-2014-cü illərdə ölkənin prezidenti olub. Həm siyasi, həm də həyat mənasında uzunömürlü insan. O, yaşının zirvəsində hansı yekunlara gəlib və dünyanın yaddaşında nə ilə qalacaq?

Bu adam paradoks və ziddiyyətlərdən toxunmuşdu. 1953-cü ildə 29 yaşında İsrail müdafiə nazirliyinin ən gənc baş direktoru olub. 2007-ci ildə 84 yaşında dünyanın ən qoca ölkə prezidenti olmaqla bu postda yeddi il xidmət edib.

Bir tərəfdən, Şimon Peresi yəhudi dövlətini militaristləşdirməkdə günahkar bilirlər. İsraildə hərbi-sənaye kompleksin yaradılmasında  mühüm töfhə ona məxsusdur. O yorulmadan İsrailin öz hərbi texnika və silahını yaratmaq və istehsal etməyinə lobbilik edirdi. Keçən əsrin 50-ci illərində nüvə proqramını məhz Peres başlayıb. Artan müdafiə xərcləri üzündən ölkəni pulsuz qoymamaq üçün “İsraili müdafiə fondu” ideyasını irəli sürüb və həyata keçirib.

Peresin özü bunu belə xatırlayır:

“Bütün dünyadakı varlı yəhudilərə müraciət etdim. Tezliklə 40 milyon dollar topladıq və bu, reaktorun inşasına ilk töhfə idi. Cəmi 100 milyon dollar yığıldı – o zamana görə böyük pul idi və indiki iki milyard dollara bərabərdir”.

Digər tərəfdən, 1994-cü ildə Nobel sülh mükafatı ona, həmçinin İshaq Rabinə və FAT lideri Yasir Ərəfata təqdim edilib. O bundan bir il öncə məhdud hüquqlarla Fələstin muxtariyyəti yaradılması haqda FAT-la saziş bağladı. Təəssüf ki, bu çoxdan gözlənilən sülhü gətirmədi. Cəmi bir neçə aydan sonra Rabin fanatik tərəfindən öldürüldü. Peres çoxillik silahdaşından bir neçə addımlıqda idi, lakin ona kömək edə bilmədi və az qala, növbəti qurban olmuşdu.

Yenə də paradokslar barədə. Şimon Peres gəncliyi sionçu gizli fəaliyyətdə keçmiş və müstəqil İsrail dövlətinin yaranmasının başında durmuş bir adam idi və ərəb dünyasında böyük nüfuza malik idi. О, Fəxri legion ordeni və II Yelizavetanın verdiyi Müqəddəs Mixail və Müqəddəs Georgi ordeni – Britaniya kraliçasının əcnəbilərə layiq gördüyü ən yüksək mükafatla təltif edilib.

Onun ən sonuncu sülh missiyalarından biri Roma papası Fransiskin vasitəçiliyi ilə Fələstin muxtariyyətinin sədri Mahmud Abbasla birgə sülh duası olub.

Silahdaşları və əleyhdarları bu adamı dəyərləndirmkdə həmfikirdirlər. Fələstin milli muxtariyyətinin sədri Mahmud Abbas eks-prezident Peresin vəfatı münasibətilə yazıb:

“Onun ölümü bütün insanlq və bölgəmizdə sülh üçün böyük itkidir”.

İsrail hökumətinin Peresin xatirəsinə həsr edilmiş özəl toplantısında onu təkrar edən baş nazir Benyamin Netanyahu bildirib:

“O, uzaqgörən siyastçi kimi uzaqlara baxırdı. Dövlətin təhlükəsizliyinə can yandıran insan kimi onun qüdrətini möhkəmləndirirdi. Sülh adamı kimi son günlərinə qədər bizi qonşularla barışdırmağın üzərində işlədi və gələcək naminə hərəkət etdi”.

Şimon Peresin sözlərinə görə, siyasi kredosu sıradakı idi:

“Hər bir siyasətçi proqnoz və gerçəkliyin uyğunluğu haqda özünə hesabat verməlidir. Məni Yeni Yaxın Şərqin müəllifi sayırlar. Özümü “günahkar” sayıram. Mən həqiqətən də ərəblərlə yəhudilər arasında düşmənliyin olmayacağı yeni Yaxın Şərqin arzusundayam”.

Bu siyasətçi uzun ömrü boyu baxışlarını dəfələrlə dəyişsə də, iki məsələdə sabitlik sərgiləyib. Birincisi, II dünya savaşının dəhşətlərini həmişə xatırlayıb. İkincisi, faşizim üzərində qələbədə Sovet İttifaqının aparıcı rolunu həmişə etiraf edib. Şimon Peresin Rusiyaya xüsusi münasibəti olub. Slavyan zəminli torpaqlarda doğulmaqla o vaxt Polşanın, indi isə Belarusun olan Vişnevo kəndində on il yaşayıb. Ailədə idiş (əsasını alman dialektlərindən biri təşkil edən müasir yəhudi dili-tərc.), ivrit (çağdaş yəhudi dili-tərc.) və rusca danışırdılar. İsrail dövlətinin gələcək prezidentinin xatirələrinə görə, erkən uşaqlıqda ona rus nağıllıarı oxunub, sonra isə rus ədəbiyyatının həvəskarına çevrilib. O, Rusiya haqda deyib: “Burada özümü evimdəki kimi hiss edir, rus nəğmələrini dinləyirəm”.

İsraildə Qızıl ordunun abidəsi məhz Peresin sayəsində açılıb. İsrail politoloqu Avigdor Eskin danışır:

“Məhz Peres və köməkçiləri 1980-ci illərin axırında SSRİ ilə diplomatik münasibətlərin bərpası məsələsində həlledici rol oynayıblar. O həmçinin II dünya savaşının nəticələrinin yenidən nəzərdən keçirilməsi cəhdlərinə qarşı kəskin və birmənalı çıxış edirdi”.

İsrail prezidenti Şimon Peres 2012-ci ildə ölkəmizə səfər zamanı bundan danışıb:

“Müharibədə müttəfiq ölkələrin bütün xalqları vuruşub, lakin ən dəhşətli, təsəvvüredilməz bədəli rus xalqı ödəyib. 30 milyon nəfər öldürülüb, saysız-hesabsız yaralı, əlsizlər, ayaqsızlar, yetimlər, dul qadınlar, dağıdılmış şəhərlər. Bu dəhşətdir, dəhşət!”

Şimon Peres uzun ömür yaşayıb, lakin ondan doymayıb. Son gününədək elmi kəşflərlə – internet, mobil rabitə və s.-lə maraqlanıb. O öz bloqu və videoçarxlar üzərində işləyirdi.

Peres bir neçə il əvvəl çıxışını bu sözlərlə bitirib:

“Sizin arzularınız nailiyyətlərinizdən çoxdursa, deməli, hələ cavansınız. Əksinədirsə, qocasınız”.

O, xəyalpərəst idi, yəni 93 yaşında dünyadan lap cavan getdi.

 

Tərcümə Strateq.az-ındır.