XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 14:34

Səfir:"Avropa İttifaqı Azərbaycanla münasibətləri gücləndirməkdə maraqlıdır"

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında möhkəm tərəfdaşlıq münasibətləri var.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib.

Xanım M.Mard ötən gün Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə münasibətlərin bərpası ilə bağlı qərarına da toxunub: "Şadam ki, Milli Məclis Avronest PA-ya qayıtmaqla bağlı məsələni nəzərdən keçirməyə qərar verdi".

Diplomat bir müddət əvvəl Azərbaycanda səfərdə olan Avropa parlamentarilərinin azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını açıq şəkildə bildirdiklərini qeyd edib: "Avropa İttifaqı Azərbaycanla münasibətləri gücləndirməkdə maraqlıdır. Yaxın vaxtlarda bu məsələlərin qanunvericilik səviyyəsində də öz əksini tapacağına ümid edirəm".