XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 10:25

Taksi xaosuna son qoyulur:Bakıda xüsusi taksi dayanacaqları yaradılır

taksi

Bakıda xüsusi taksi dayanacaqlarının yaradılmasına başlanıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib. (Trend)

Onun sözlərinə görə, agentlik əməkdaşları Bakıda taksi dayanacaqlarının fəaliyyət göstərməsi üçün yerlərin müəyyənləşdirilməsinə başlayıb: "Adətən taksi sürücüləri əhalinin gur olduğu ticarət mərkəzləri və digər obyektlərin qarşısında dayanmaq istəyirlər ki, müştəriləri rahatlıqla cəlb edə bilsinlər. Amma, bu proses şəhərdə tıxacların yaranmasına səbəb olur. Bunun üçün xüsusi taksi dayanacaqları müəyyənləşdiririk. Dayanacaqlar şəhərdən kənarda olmamalı, digər tərəfdən isə hərəkətə maneçilik yaratmamalıdır. Artıq bununla bağlı bir neçə yer müəyyən edilib. Yaxın vaxtlarda taksilər həmin dayanacaqlara cəlb ediləcək. Bu dayanacaqlardan kənarda taksilərin fəaliyyəti qanunsuz hesab ediləcək".