XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2016 - 18:16

Talassemiyanın daha çox yayıldığı yerlər- Şəki, Ağdam, Mingəçevir...

Hər il 200-ə yaxın uşaq talassemiya xəstəliyi ilə doğulur.

Trend-in məlumatına görə, bunu Respublika Perinatal Mərkəzi və Respublika Müalicə Diaqnostika Mərkəzinin (RMDM) təşkilatçılığı ilə “Azərbaycanda irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasına” həsr olunan konfransda çıxış edən RPM-nin direktoru, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə ilk dəfə olaraq talassemiya xəstəsi kimi qeydə alınanların sayı 213 nəfər olub. Onlardan 155 nəfəri 17 yaşa kimi olan gənclərdir. Azərbaycanda 2015-ci ildə rəsmi qeydiyyata alınan talassemiyalı xəstələrin ümumi sayı 2593 nəfər olub ki, onlardan da 1691 nəfəri 17 yaşa qədər olan gənclərdir. Xəstəlik Azərbaycanda daha çox Şəki, Ağdam, Mingəçevirdə qeydə alınır.