XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2016 - 11:53

Rusiyaya 2 milyon rubl pul aparan azərbaycanlı tutuldu –Sərhəddə

rubl-serhed

 Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiyaya gedən Azərbaycan vətəndaşının  əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib.

 Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5000-lik, 615 ədəd 1000-lik və 520 ədəd 500-lük əsginaslar olmaqla ümumilikdə 2 milyon rus rublu aşkar edilərək götürülüb.