XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020

Digər Xəbərlər

18 Mart 2015 - 08:57

Deputat-rektor: “Heç bir sahə təkbaşına inkişaf edə bilməz”

Bu gün Azərbaycan Tibb Universitetində “Qan və qan komponentlərinin hazırlanmasında müasir texnologiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə Azərbaycan və Türkiyənin tanınmış hematoloqları ilə yanaşı özbəkistan, Qırğızıstan və Tacikistandan olan mütəxəssislər də iştirak ediblər.

Strateq.az xəbər verir ki, konfransda giriş nitqi ilə çıxış edən rektor, akademik Əhliman Əmiraslanov əvvəlcə tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Tibb Universitetində mütəmadi olaraq beynəlxalq səviyyəli elmi konfranslar keçirildiyini bildirən rektor Ə.Əmiraslanov bu tədbirlərdə dünyanın bir çox ölkələrindən aparıcı mütəxəssislərin iştirak etdiyini vurğulayıb:

“Azərbaycan Tibb Universiteti olaraq biz müxtəlif ölkələrin tibb sahəsindəki alimlərinin iştirakı ilə toplantıların təşkilinə böyük önəm veririk. çünki müasir dövrdə heç bir sahə təkbaşına inkişaf edə bilməz. Ona görə də dünya təcrübəsini öyrənmədən irəli gedə bilmərik”.

Millət vəkili Əhliman Əmiraslanov qeyd edib ki, adətən elmi konfranslar üçün plan hazırlananda həm Azərbaycan, həm də bütün dünya ictimaiyyətini narahat edən, əhalinin sağlamlığı üçün problem yaradan məsələlərə diqqət yetirilir:

“Bu gün toplaşdığımız konfransın mövzusu da elmi araşdırmalar baxımından çox böyük önəm daşıyır. çünki müasir tibbdə qan və qan komponentlərinin hazırlanması inkişaf edir. Bir neçə il əvvəl yalnız qandan istifadə etməklə kifayətlənirdiksə, indi bu, bizi təmin etmir. Hazırda qanın ayrı-ayrı komponentlərindən istifadə sahəsində tədqiqat işləri, təcrübədə tətbiqi sahəsində çox böyük uğurlar qazanılıb”.