XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Oktyabr 2016 - 13:02

Farmokoloq:“Bazar dollarla tənzimlənsə ölkəyə keyfiyyətsiz dərmanlar axacaq”

derman-44.jpg

 “Dərman preparatlarının qiymətləri tez-tez oynayanda ölkəyə keyfiyyətsiz dərmanlar daha çox daxil olur. Bu mənada ölkəyə saxta dərmanların daxil olması halları çoxalacaq”.

Strateq.az bildirir ki, bu sözləri “millət” qəzetinə açıqlamasında farmokoloq Aydın Əliyev dərmanların qiymətinin dolların məzənnəsi ilə müəyyən ediləcəyi haqqında Səhiyyə Nazirirliyinin qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu addım sadəcə dərmanların qiymətlərinin ustalıqla qaldırılmasına xidmət edir və narazılıqları çoxaldacaq: “Nəyə görəsə dərman preparatlarının qiymətinin tənzimlənməsində hökumət konkret bir qərara gələ bilmir. Bu gün dolların qiyməti qalxdı. Dərmanlar bu günkü qiymətindən baha satılacaq. Məsələn, sahibkar dərmanı 1manat 50 qəpiyə gətirib, indi isə dərmanın qiyməti 2 manat olub. Sahibkar onu neçəyə satmalıdır? Vergi məsələlərini necə həll etməlidir? Azərbaycanda tibbi sığorta və düzgün vergi sistemi qəbul olunmalıdır ki, bunlar mərhələ ilə öz yoluna düşsün”.

Əliyevin sözlərinə görə, bu məsələdə sahibkarları da qınamaq düz olmazdı: “Fikrimcə, bu oturuşmuş qərar olmayacaq. Real görünmür. Amma dərman bazarının bu sistemlə qurulması saxta dərman pereparatlarının çoxalmasına imkan yaradır”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin verdiyi açıqlamada bildirib ki, xarici ölkə valyutalarının məzənnəsinin dəyişməsi ilə əlaqədar dərman şirkətlərinin Azərbaycan hökumətinə etdiyi müraciət artıq öz həllini tapıb. Mərkəzi Banka bununla bağlı müvafiq tapşırıq verilib. Yeni qəbul ediləcək sənədlə qaydalarda müəyyən dəyişikliklər olacaq. Belə ki, dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi Mərkəzi Bankın günə olan məzənnəsi ilə əsas götürüləcək. Yəni dərman preparatlarının həmin gün üçün valyutanın (dolların) bazardakı real qiyməti əsas götürüləcək.