XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 14:54

9 ay ərzində sahibkarlara 120 milyon manat güzəştli kredit verilib

sahibkar

 

Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Biləsuvar rayonunun Ağalıkənd kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

 Nazirlikdən verilən məlumata görə, forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Biləsuvarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

 100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Biləsuvar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

 SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin 9 ayı ərzində 1815 sahibkara 120,6 mln. manat güzəştli kredit verilib. Güzəştli kreditlərin 84%-i aqrar sektorun, 16%-i isə sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 66,8%-i regionların, 33,2%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.

Forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 51 sahibkara 1,4 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, soyuducu anbarın tikintisi, çörək istehsalı və balıqçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq.