XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 13:08

Ceyhun Bayramov:"Dərs yükü norması və dərsliklər beynəlxalq standartlara uyğundur"

Təhsil Nazirliyi tərəfindən şagirdlərə təqdim olunan dərsliklər, onların çəkiləri və sayı uşaqlar üçün nəzərdə tutulan normadan artıq deyil. Bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda ümumtəhsil səviyyəsində tətbiq olunan həftəlik dərs yükü norması və dərsliklər beynəlxalq standartlara uyğun şəkildədir: "Valideynlər tərəfindən əlavə olaraq çantaya hansısa resurslar alınıb qoyulursa, bunu müəyyən hallarda şərh etmək çətindir. Bir çox hallarda bu məsələ qaldırılıb və müzakirə edilib. Ancaq görünür ki, çantalara tələb olunan və olunmayan əlavə resurslar da qoyulur. Hər bir valideyn diqqət yetirməlidir ki, çantalara yalnız ehtiyac olunan dəsr resursları qoyulsun".