XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 10:48

9 ayda avtoqəzada ölənlərin sayı açıqlandı:Adamları sərxoş yox, naşı sürücülər öldürür –RƏQƏMLƏR

qeza

Bu il Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

 Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu ilin 9 ayında respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,6%-i (579 hadisə, 222 ölüm, 630 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23%-i (346 hadisə, 160 ölüm, 310 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i (28 hadisə, 14 ölüm, 27 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. (APA)

 Yol-nəqliyyat hadisələrinin 41%-ni (615) piyadaların vurulması təşkil edib, nəticədə 228 piyada ölüb, 495-i xəsarət alıb.

 Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri ölənləri 41-i, xəsarət alanların 137-si  uşaq və yeniyetmədir.