XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 16:51

“Təmiz ekologiya – sağlam gələcək!”- Qubada maarifləndirici tədbir

quba-tedbir-eko

“Təmiz ekologiya – sağlam gələcək!” layihəsinin icrası davam edir.

Qhtxeber.az-ın məlumatına görə, layihə çərçivəsində növbəti tədbir Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə şagirdlərin iştirakı ilə keçirilib.

Tədbirdə Yusif  Musayev layihənin məqsədi və donoru haqqında məlumat verərək bildirib ki, yeniyetmə və gənclər bu gün ekologiyanın və ətraf mühitin qorunması istiqamətində aparılan işlərdə və aksiyalarda aktiv şəkildə iştirak etməlidirlər.

Bildirib ki, layihənin Quba şəhərində icrası təsadüfi deyil, belə ki respublikamızın gəzməli və istirahət yerlərindən olan Qubada ətraf mühitin qorunması prioritet məsələdir.

Layihənin eksperti çıxış edərək şagirdlərə ekoloji problemlərin həlli istiqamətində aparılan işlər, İDEA İctimai Birliyi tərəfindən keçirilən ekoloji və ətraf mühitin tullantılardan təmizlənməsi aksiyaları haqqında ətraflı məlumat verib.

Sonra şagirdlərə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Yusif Musayev tərəfindən icra olunan layihə çərçivəsində nəşr etdirilmiş maarifləndirici bukletlər paylanılıb və şəkillər çəkdirilib.

Strateq.az