Oktyabrın 27-də saat 10:00-da Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev tərəfindən Horadiz Sərhəd Dəstəsində Beyləqan və Füzuli rayonları sakinlərinin qəbulu keçiriləcək.
Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları oktyabrın 25-dək Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmi saytında (www.dsx.gov.az) yerləşdirsinlər.
DSX-in mətbuat mərkəzindən bildiriblər ki, sakinlərdən qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-29 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Horadiz Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.