XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 12:34

Dövlət Komitəsi ilə “Bakı Metropoliteni” arasındaMemorandum imzalandı

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti arasında Memorandum imzalanıb.

Memorandumu AQUPDK-nin sədr müavini Sədəqət Qəhrəmanova və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin şöbə müdiri Tərlan Dadaşov imzalayıblar.

Bildirilib ki, sənədin imzalanmasında məqsəd ailə, qadın və uşaq problemlərinin qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsi üzrə sosialyönümlü birgə tədbirlərin həyata keçirilməsidir.

Komitə tərəfindən Bakı Metropoliteninin əməkdaşları üçün ailə-nikah münasibətləri, erkən nikah, məişət zorakılığı və uşaq baxımsızlığı mövzularında təlimlərin təşkili, Bakı Metropoliteninin stansiyalarında Qadın Zorakılığına qarşı Beynəlxalq mübarizə günü, Uşaqların Beynəlxalq müdafiəsi günü və Beynəlxalq Ailə gününə həsr olunmuş kampaniyaların təşkili, metropolitenə məxsus reklam lövhələrində və monitorlarda ailə, qadın və uşaq məsələlərinə dair məlumatlandırıcı vəsaitlərin, sosial çarxların nümayişi Memorandumun əsas istiqamətləri kimi müəyyən olunub(azərtac).