XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 October 2016 - 16:48

Azərbaycanda iqtisadi geologiya üzrəaraşdırmalara başlanılacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda yeni istiqamət olaraq tibbi geologiya sahəsində tədqiqatlar aparılır və yaxın gələcəkdə iqtisadi geologiya üzrə də araşdırmalara başlanılacaq.

İnstitutdan Trend-ə verilən məlumata görə, bunu İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının (İTHEA) direktoru Meir Zadok və Veyzman İnstitutunun İmmunnologiya fakültəsinin professoru Rut Arnon ilə keçirilən görüşdə GGİ-nin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov deyib.

M.Zadok İTHEA-nın GGİ ilə əməkdaşlıq edə biləcək təşkilatları və mütəxəssislərindən söz açıb. R.Anon qeyd edib ki, son illər İsraildə yeni neft-qaz yataqlarının aşkarlanması orada geoloji və geofiziki tədqiqatların önəmliliyini artırıb. Bu baxımdan qurumlar arasında əməkdaşlığın inkişafı zəruridir.

Görüşdə tərəflər əməkdaşlıq üçün konkret imkanları və müştərək tədqiqat sahələrini müzakirə ediblər.