XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 October 2016 - 12:03

Deputat Yevda Abramov:"Azərbaycanda yəhudilərə nifrət yoxdur”

yevda-abramov

“Azərbaycanda antisemitizm yoxdur və bu, İsraildə yüksək qiymətləndirilir”.

Strateq.az bildirir ki, bu sözləri Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Yevda Abramov YAP-ın rəsmi saytına verdiyi müsahibəsində deyib.  Onun sözlərinə görə, hər iki ölkə arasında əlaqələr normaldır və ölkə rəsmilərinin, eləcə də, parlamentarilərinin qarşılıqlı səfərləri bu əlaqələrin inkişafına töhfələr  verir:

“Xatırladım ki, İsrail Prezidenti Reuven Rivlin BMT-də Xocalı soyqırımı ilə bağlı çıxış edib  və ölkəmizin mövqeyini dəstəkləyib. Bu fakt İsrailin ölkəmizə münasibətinin göstəricisidir”.

Y. Abramovun sözlərinə görə, İsrail Azərbaycanın multikultural dəyərlərini, ölkəmizin yəhudilərin öz mədəniyyətlərini inkişaf etdirməyə geniş imkan yaratmasını, onlara qarşı dünyanın heç bir yerində olmayan tolerant münasibətin göstərilməsini yüksək qiymətləndirir: “Azərbaycan İsrail ilə əlaqələr böyük önəm verir. Hesab edirəm ki, iki dövlət arasında münasibətlər bundan sonra da uğurla davam edəcək”.