XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 12:13

“Semaşko”da səkkiz ayda 19 minə yaxın xəstə müalicə alıb –Kliniki Tibbi Mərkəzin direktoru

kliniki-merkez

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində bu ilin yanvar-sentyabr ayları ərzində 18 686 xəstə stasionar müalicə alıb. Bu müddət ərzində mərkəzdə 1685 doğuş baş verib.

Bu barədə oktyabrın 13-də Kliniki Tibbi Mərkəzin 9 aylıq fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə məlumat verilib. Mərkəzin rəhbəri, professor Ədalət Dadaşov bildirib ki, doqquz ayda cərrahiyyə şöbəsinə 5650 xəstə daxil olub. Onlardan 2062-si böyüklər, 1130-u isə uşaqlardır. Hesabat dövrü ərzində 3580 xəstədə cərrahiyyə əməliyyatı aparılıb. Ə.Dadaşov diqqətə çatdırıb ki, yanvar-sentyabr ayları ərzində 9829 xəstə mərkəzin terapevtik şöbələrində stasionar müalicə alıblar. Bununla yanaşı, xəstəxanaya 3710 nəfər müxtəlif yoluxucu xəstəliklərlə bağlı müraciət edib. Eyni zamanda, doqquz ayda mərkəzin hemodializ şöbəsinə 196 xəstə daxil olub.

Tədbirdə qeyd edilib ki, səhiyyə sahəsində həyata keçirilən köklü islahatların əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, səhiyyə müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, kadrların ixtisas səviyyəsinin daha da artırılmasıdır. Digər səhiyyə ocaqlarında olduğu kimi, paytaxtın aparıcı səhiyyə müəssisələrindən biri olan Kliniki Tibbi Mərkəzdə də bununla bağlı zəruri tədbirlər həyata keçirilir.