XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 15:51

Səhiyyə Nazirliyi:"Dərmanların içlik vərəqəsinin Azərbaycan dilində olması zəruridir"

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkəmizdə dərmanların istifadə təlimatının Azərbaycan dilində olması haqqında aidiyyəti müəssisələrə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, istifadə təlimatı istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitədir. Dərmanların istifadə təlimatlarının əhali üçün anlaşılan və sadə dildə olması zəruridir. Bunları nəzərə alaraq, Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi və məsul şəxsləri dəfələrlə əlaqədar dövlət qurumlarına, əczaçılıq topdan və pərakəndə satış müəssisələrinə, dərman vasitələri istehsalçılarının nümayəndəliklərinə xəbərdarlıq edib.

Xəbərdarlıq yalnız təşkil edilmiş iclaslarda şifahi şəkildə deyil, eləcə də mərkəzin rəsmi saytında yerləşdirilıb. Daha sonra ayrı-ayrılıqda bir çox topdansatış əczaçılıq müəssisəsi və dərman vasitələri istehsalçılarının rəsmi nümayəndəliklərinə göndərilib.

Əhalinin keyfiyyətli, effektiv və səmərəli dərman vasitələri ilə təminatına nəzarət məqsədilə Analitik Ekspertiza Mərkəzi respublikaya idxal olunan dərman vasitələrinin istifadə təlimatının (içlik vərəqəsi) Azərbaycan dilində olmasını tələb edir.