XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 16:00

Rövnəq Abdullayev:"İndiyədək 1918 tələbə SOCAR təqaüdünə layiq görülüb"

rovneq

SOCAR-ın Daxili Təqaüd Proqramı çərçivəsində indiyədək 19 seçim müsabiqəsi keçirilib və ümumilikdə 1918 tələbə SOCAR təqaüdünə layiq görülüb.

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev oktyabrın 14-də şirkətin Daxili Təqaüd Proqramının qaliblərinə plastik kartların və "Yay məktəbi-2016" layihəsinin iştirakçılarına sertifikatların verilməsi mərasimində deyib.

R.Abdullayev qeyd edib ki, indiyədək bu proqram üzrə 275 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsili maliyyələşdirilib. 209 təqaüdçü təhsilini müvəffəqiyyətlə bitirərək Vətənə qayıdıb və SOCAR-da uğurla fəaliyyət göstərirlər. Hazırda 32 təqaüdçü təhsilini davam etdirir(azərtac).