XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 16:32

Səlim Müslümov hesabat verdi,nöqsanlara yol verən əməkdaşlara xəbərdarlıq olundu

selim-kollegiuya

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin sosial müdafiəsinin təmin olunması sahəsində 2016-cı ilin 9 ayında görülən işlərin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. 

Strateq.az xəbər verir ki, iclasda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin, sosial xidmət müəssisələrinin məsul şəxsləri iştirak edib.

İclasda çıxış edən nazir Səlim Müslümov eyni zamanda əmək pensiyaçılarının və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi işlərinin uğurla davam etdirildiyini diqqətə çatdırıb: “Hesabat dövründə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2015-ci ilin müvafiq dövrünə nisbətən 181,86 mln. manat və ya 8,32 faiz artaraq 2367,1 mln. manata yüksəlib. Ölkədəki iqtisadi inkişafın əyani təsdiqi kimi qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarındakı artım tendensiyası cari ilin 9 ayında da davam edib. Bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz və ya 75,65 mln. manat artaraq 1380,3 mln. manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 63,8 faizini və ya 881,3 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz və ya 33,37 mln. manat çoxdur”. 

Fərdi uçot sistemindən bəhs edən S.Müslümov diqqətə çatdırıb ki, sistemdə qeydiyyata alınan sığortaolunanların sayı 2016-cı ilin 1 oktyabr tarixinə cari ilin əvvəlinə nisbətən 136524 min nəfər artaraq 3 milyon 316 min nəfərə, o cümlədən sistemdə uçotda olan əcnəbi vətəndaşların sayı 33110 nəfərə çatıb: “Cari ilin yanvar-sentyabr aylarında Fondun xərcləri 2370,43 mln. manat olub ki, bunun da 2327,07 mln. manatı və yaxud 98,17 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2261,0 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin məbləği isə 66,07 mln. manat təşkil edib”.

S.Müslümov bildirib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı 01 oktyabr 2016-cı il tarixinə 1 milyon 312 min nəfər təşkil edib.  2016-ci ilin doqquz ayı ərzində ölkə əhalisinin 4,7 faizinə və ya 458 838 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub ödənilib. Bundan əlavə, 57389 nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunub.

2016-cı ilin 9 ayında əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərin yekunları ətraflı müzakirə olunub. Müsbət nəticələrlə bərabər, yol verilmiş ayrı-ayrı nöqsanlara da toxunulub, fəaliyyətini düzgün qura bilməyən, işində nöqsan və çatışmazlıqlar aşkar edilən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.