XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 17:29

Bu il 8589 boşanma qeydə alınıb- Statistika Komitəsi

2016-cı ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəəhər) qeydiyyat şöbələri tərəfindən ən çox nikah və boşanma qeydə alınan ayların statistikası açıqlanıb.

Bu haqda  Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov bildirib.

Qurum rəsmisi deyib ki, 8 ay ərzində qeydə alınan 42179  nikahdan ən çoxu yay ayında bağlanıb: "Ən çox nikah avqust, ən az nikah isə fevral ayında bağlanıb”.

R.Süleymanovun sözlərinə görə, 2016-cı ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 8589 boşanma halı qeydə alınıb: “Ən çox boşanma avqust ayında, ən az boşanma isə aprel ayında qeydə alınıb”. (modern.az)