XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Oktyabr 2016 - 13:56

Bakıda növbəti beynəlxalqtəhsil sərgisi açılıb

Oktyabrın 15-də Bakıda Türkiyənin məşhur “Akare İnternational Education Fairs” şirkətinin təşkilatçılığı ilə növbəti beynəlxalq təhsil sərgisi açılıb.

Azərtac xəbər verir ki, tədbirdə Azərbaycan universitetləri ilə yanaşı, Türkiyə, ABŞ Fransa, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və digər ölkələrdəki universitetlərinin təmsilçiləri iştirak edirlər.

Təhsil müəssisələrinin nümayəndələri sərgi çərçivəsində təşkil olunan seminarlarda təmsil etdikləri qurumlarda həyata keçirilən təhsil proqramları, tələbələr üçün nəzərdə tutulan güzəştlər, üstünlüklər və s. məsələlər barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

İki gün davam edəcək sərgidə 23 ali təhsil müəssisəsi təmsil olunur.

“Akare İnternational Education Fairs” şirkəti 2001-ci ildən Azərbaycan, Türkiyə, Qazaxistan və başqa ölkələrdə təhsil sərgiləri təşkil edir.