XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2016 - 18:15

Arıçı:"Zərərverici arılarla bağlı tədbir görülmür"

Bu il vəhşi arılar Azərbaycanda arıçılıq məhsullarının həcminin azalmasına və arı ailələrinin məhv olmasına səbəb olan həlledilməz amilə çevrilib.

Bunu "Report"a bu gün Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında iştirak edən arıçılar bildiriblər.

Təsərrüfatında 760 arı ailəsi olan arıçının sözlərinə görə, bu ilin əvvəlindən bu vaxtadək vəhşi arılar 14 arı ailəsini məhv ediblər: "Bu, təxminən 140 kq bal deməkdir. Bu vəhşi arılar bal arılar ilə bərabər meyvələri də, məsələn, üzümləri, ənciri də məhv edirlər. Biz uzun müddətdir belə bir problemin olduğunu deyirik. Lakin hələ də heç bir tədbir görülmür".