XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Oktyabr 2016 - 13:18

Ələtdə antinarkotika tədbiri –Polkovnik gəncləri polislə birgə hərəkət etməyə çağırdı

zaur-feteliyev-1

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsi (NMİ) tərəfindən “Narkotiklərə yox deyək!” mövzusunda antinarkotik təbliğat tədbirləri davam etdirilir.

Strateq.az xəbər verir ki, ötən həftə belə bir tədbir Qaradağ rayonunun Ələt qəsəbəsində təşkil olunub. Qəsəbədəki 302 saylı məktəbdə keçirilən görüşdə BŞBPİ-nin NMİ-nin rəisi, polis polkovniki Zaur Fətəliyev geniş məruzə ilə çıxış edərək, hazırda bütün dünyada narkotik maddələrdən istifadə edənlərin və narkotiklərin qanunsuz dövriyyəsinin artması faktlarına diqqət çəkərək, onun yaratdığı təhlükələr, doğurduğu fəsadlar barədə söhbət açıb.

Narkotik və psixotrop maddələrdən istifadənin, eləcə də onun alqı-satqısının fərdin özünə, ailəsinə və bütövlükdə cəmiyyətə vurduğu zərərlərdən danışan Z.Fətəliyev narkomaniyanı “insanaları böyük ictimai təhlükəli və ağır cinayətlərə sürükləyən yolun başlanğıcı” adlandırıb.

Z.Fətəliyev narkomaniyanın hazırda bütün dünyanı qorxu içərisində saxlayan terrorizm qədər təhlükəli olduğunu vurğulayaraq, ona qarşı mübarizənin təşkilində də bütün cəmiyyətin səfərbər edilməsinin gərəkliyini söyləyib.

Digər ölkələrdə narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin necə təşkil olunmasından, qanunvericilikdə və praktikada daha çox rast gəlinən hallardan söz açan polis polkovniki Azərbaycanda bu bəlaya qarşı mübarizənin təşkilində mövcud olan institutsional mexanizmi ən yaxşı təcrübələrdən biri kimi dəyərləndirərərk, yalnız cəmiyyətin bu məsələdə ayıq-sayıq və fəal olmasının vacibliyinə diqqət çəkib.

Z.Fətəliyev hazırda Azərbaycanın beynəlxalq narkoticarət marşrutunun üzərində yerləşməsi və Ələt qəsəbəsinin də çox yaxın gələcəkdə dünyanın əsas tranzit liman şəhərlərindən birinə çevrilmə prespektivi üzərində dayanaraq, ölkəmizin daim müxtəlif terror təşkilatlarının və cinayətkar qruplaşmaların hədəfində olduğunu vurğulayıb. O deyib ki, bu səbəbdən də Ələt qəsəbəsi yeniyetmələrinin və gənclərinin indidən bu bəla haqda məlumatlı olması və ona qarşı mübarizədə polislə birgə hərəkət etməsi həm də milli maraqlarımızın qorunmasının vacib istiqamətlərindən birinin həyata keçirilməsi işidir.

Qeyd edək ki, maraql diskussiya şəraitində keçən görüşdə BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin inspektoru Kəmalə Ələkbərova, Qaradağ rayon Polis İdarəsinin məsul əməkdaşları da çıxış edib.

elet-1

elet-2