XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2016 - 15:03

Ölkəmizdə qanunsuz ov edən İraq vətəndaşları saxlanıb

ovcu

Oktyabrın 13-də Ağgöl Milli Parkının ərazisində 2 nəfər xarici ölkə vətəndaşı qanunsuz ova cəhd edən zaman parkın əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanuna müvafiq tədbirlər görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, İraq Respublikasının vətəndaşı Saif Jamal Nadhim və Jalil Hamid Bares saxlanılıb və onlardan 10 ədəd diri göyərçin, 5 ədəd qızıl quş tutmaq üçün cələ, 1 ədəd qızıl quş ovlamaq üçün tələ, 1 ədəd qızıl quş üçün papaq, 2 ədəd yataq döşəyi, 2 ədəd qaz balonu və yemək ləvazimatları aşkar edilərək götürülüb.

Bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşmə aparılıb və qanunsuz ov alətləri müsadirə olunaraq qanun pozucuları İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, hər biri 2000 manat olmaqla, 4000 manat məbləğində cərimə edilib: “Qanun pozucularının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət məktubu göndərilib”.