XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2016 - 22:41

Ağsu çayında suyun səviyyəsi qalxdı, bəndi dağıtdı –Təhlükəli vəziyyət

cay-korpu

Son günlər yağan güclü yağışlar nəticəsində Ağsu çayında suyun səviyyəsi qalxıb və yaranan güclü sel ciddi fəsadlar törədib.

Rayon fövqəladə hallar komissiyasından bildirilib ki, sel suları şəhər ərazisindəki qaldırıcı fiksatoru, Maşadqanlı və Ağalarbəyli kəndlərinin ərazisində 2010-cu ildə tikilən sahil-mühafizə bəndini uçurub. Bəndin ərazisinə ciddi ziyan dəyib.

Sel suları dağlıq zonada yerləşən Kalva kəndi ərazisində çayın məcrasını şərq tərəfə doğru genişləndirib. Bu isə Kalva kəndini rayon mərkəzi ilə birləşdirən yolun üzərindəki körpü ilə əlaqənin kəsilməsi təhlükəsini yaradıb.

Hazırda sel sularının yaratdığı fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.

Azərtac