XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2016 - 09:10

Abşeronda evdə partlayış baş verdi:3 yaşlı uşaq öldü

istanbul partla

Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.

Abşeron Rayon Polis İdarəsindən  verilən xəbərə görə, hadisə gecə saatlarında  Hökməli qəsəbəsində qeydə  alınıb.

Qəsəbə  sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.

Nəticədə ev sahibinin 3 yaşlı övladı dünyasını dəyişib.  M.Qurbanov,  onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.