XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020

Digər Xəbərlər

19 Mart 2015 - 06:41

19 mart – Beynəlxalq müştəri günüdür

Bayram ilk dəfə 2010-cu il martın 19-da qeyd olunub

Картинки по запросу покупатель

Dünyada çoxlu bayramlar var və yaxınlarda bu siyahıya daha bir bayram – Beynəlxalq müştəri günü (International client's day) əlavə olunub. Strateq.az xarici mətbuata əsasən xəbər verir ki, bayram ilk dəfə 2010-cu il martın 19-da qeyd olunub. Bu gün dünyanın bütün biznes sahibləri əməkd
aşlığa görə öz müştərilərinə minnətdarlıq edirlər. Amma necə – bunu hər kəs özü müəyyən edir: suvenirlər, kiçik hədiyyələr, qiymət güzəşti və ya müxtəlif aksiyaların təşkili.

Qeyd edək ki, bu bayramın meydana çıxmasının təşəbbüskarları Rusiya və Litva iş adamları olublar, lakin təşəbbüs tezliklə bütün dünyaya yayılıb. Avropa və Amerikanın müxtəlif səviyyəli onlarla iri şirkəti və ticarət mərkəzi bayrama dəstək verir: “Axı elə bir gün olmalıdır ki, müştərimiz olduqları üçün insanlara təşəkkür edə bilək!”